Rusiyada real inflyasiya 5 ildə 100 faizi keçib

10:47 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Romir” tədqiqat şirkəti 15 milyondan çox məhsul və xidmətə verilən çeklərin qiymətlərini araşdıraraq Rusiyada real inflyasiyanı yoxlayıb.

Hafta.az-ın yazdığına görə, şirkətin araşdırması belə nəticəyə gəlib ki, Ukraynada müharibə başlayandan sonra ölkədə inflyasiya 56,9 faiz (rəsmi məlumatlara görə 20 faiz), 2019-2023-cü illərdə isə 103 faiz (rəsmi məlumatlara görə 41 faiz) olub.

“Romir”dən verilən açıqlamaya görə, 2023-cü ilin son üç ayında ölkədə sürətli istehlak mallarının qiymətlərində 7,4 faiz artım olub.

Şirkət real istehlak səbətinə əsaslanaraq 2023-cü il inflyasiyasını 23,2 faiz olaraq hesablayıb.

İnflyasiyanı 500 mal və xidmətdən ibarət virtual səbət əsasında hesablayan “Rosstat”dan fərqli olaraq, “Romir” qiymətləri 2008-2023-cü illərdə Rusiya şəhərlərinin sakinləri tərəfindən reallaşdırılan 15 milyon faktiki alış əsasında ölçür.