Rusiyada real inflyasiya bilinəndən 3 dəfə çoxdur

11:21 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniyanın “The Economist” jurnalı Rusiyada inflyasiya ilə bağlı son beş ilin məlumatlarını açıqlayıb. Jurnalın ekspertləri 2008-2023-cü illər arasında Rusiya vətəndaşları tərəfindən edilən 15 milyondan çox alış-verişi araşdıraraq belə qənaətə gəliblər ki, ölkədə real inflyasiya rəsmi bildirilən rəqəmdən 3 dəfə çox olub.

Hafta.az-ın “The Economist”ə istinadən yazdığına görə, Ukraynada müharibə başlayandan Rusiyada inflyasiya 60 faizə yaxınlaşıb.

Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, Rusiyada son 10 ildə orta illik inflyasiya təxminən 6 faiz təşkil edib. Rəsmi məlumata görə, bu rəqəm 2015-ci ildə 15,1 faizlə ən yüksək həddə çatıb.

“Romir” araşdırma şirkəti belə qənaətə gəlib ki, Ukraynaya qarşı hərbi  əməliyyata başlayandan sonra ölkədə inflyasiya 56,9 faiz (rəsmi məlumatlara görə 20 faiz), 2019-2023-cü illərdə isə 103 faiz (rəsmi məlumatlara görə 41 faiz) olub.

“Romir”in məlumatına görə, 2023-cü ilin son üç ayında ölkədə sürətli istehlak mallarının qiymətlərində 7,4 faiz artım olub.

Şirkət real istehlak səbətinə əsaslanaraq 2023-cü il inflyasiyasını 23,2 faiz olaraq hesablayıb.