Rusiyada şirkətlərin 85 faizi işə qəbul üçün kadr tapmır

09:50 05.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada immiqrantlara qarşı tətbiq edilən qadağalar ölkədəki müəssisələrə bəla olub. İnsan resursları xidməti SuperJob Rusiyada şirkətlərin 85 faizinin kadr çatışmazlığı problemi ilə üzləşdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, ən çox çatışmazlıq tikinti sektorunda, nəqliyyatda və ixtisaslı mühəndis sahəsindədir.

Xidmət son bir ildə şirkətlər tərəfindən yerləşdirilən "iş axtaran" elanlarının sayının 57 faiz artdığına diqqət çəkib. Digər tərəfdən, iş axtaranların sayında 2 faiz azalma var.

Vahid vəzifə üzrə müraciət edən kadr namizədlərinin sayı da 34 faiz azalıb.

Kadr çatışmazlığı yaşamadıqlarını bildirən şirkətlərin nisbəti yüzdə 11 olaraq qalıb.

Tikinti sektorunda açıq iş yerlərinin sayı 31 faiz artdığı halda, nəqliyyat sektorunda bu nisbət yüzdə 35 olub. İnformasiya Texnalogiyası mütəxəssisləri axtaran şirkətlərin sayında da 10 faiz artım var.

SuperJob rəsmiləri onu da bildirirlər ki, son iki-üç ildə işçilərin orta yaş həddi 2-3 il artıb.

Digər tərəfdən, "Yakov i Partnyori" məsləhət şirkəti, Rusiyada kadr çatışmazlığının 2030-cu ilə qədər 2-4 milyona çatmasının gözlənildiyini açıqlayıb. Şirkət kadr çatışmazlığı səbəbindən ümumi milli məhsulun itkisini 1-2 faiz arasında qiymətləndirir. Analitiklərin fikrincə, problemin həlli üçün ya yeni kadrlar tapılmalı, ya da hər il əmək məhsuldarlığı 2,4 faiz artırılmalıdır.

Oxunma sayı 197