Rusiyada son sutkada koronavirusdan 168 nəfər ölüb

15:25 24.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində daha 8446 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Hafta.az xəbər verir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 137 137 nəfərə çatıb.

Son sutka ərzində 168 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 374 902 nəfərə çatıb.