Dünyanın ən böyük taxıl ixracatçılarından olan Rusiya taxıl ixracına kvota tətbiq edib.
Hafta.az-ın yazdığına görə, Rusiya hökumətinin qəbul etdiyi qərara əsasən, 15 fevral - 30 iyun 2024-cü il müddətində Avrasiya İqtisadi Birliyinə üzv olmayan ölkələrə ümumi taxıl ixracının maksimum 24 milyon ton olacağı qərara alınıb. Bura arpa, buğda və qarğıdalı daxildir.
Rusiya 1 iyun 2022-ci il və 30 iyun 2023-cü il tarixləri arasında xaricə taxıl satışını 25,5 milyon tonla məhdudlaşdırıb.
Rusiyanın taxıl ixracına qoyduğu kvotanın səbəbi bu il məhsul yığımının əvvəlki ilə nisbətən 9,5 faiz azalması olub.
“Rosstat”ın dərc etdiyi məlumatlara görə, bu il Rusiyada taxıl və paxlalı bitkilərin xalis çəkisi 9,5 faiz azalaraq 142 milyon 602 min tona düşüb.
Payızlıq buğdanın yığımı 13,8 faiz azalaraq 63,797 milyon ton, yazlıq buğdanın yığımı isə 4,1 faiz azalaraq 28,975 milyon ton olub.
Rusiyada 2022-ci ildə taxıl yığımında rekord qırılıb və emal olunmuş taxıl yığımı 26,7 faiz artaraq 153,83 milyon tona çatıb. 2022-ci ildə 104,44 milyon ton buğda yığılıb.
Taxıl yığımı üzrə əvvəlki rekord 2017-ci ildə 135,539 milyon ton taxıl olub ki, bunun da 86 milyon tonu buğda olub.