Rusiyadan Çinə ödənişlərin 80 faizi geri qaytarılır

10:52 30.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan Çinə edilən yuan ödənişlərinin 80 faizi geri qaytarılıb. ABŞ-ın 2023-cü ilin dekabrında qəbul etdiyi yeni sanksiya qərarından sonra Rusiya şirkətləri ilə işləməyə davam edən xarici banklar pul köçürmələrini təsdiqləməkdən çəkinməyə başladılar.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, şirkət rəsmisi bildirib ki, Çin bankları onlara heç bir sual vermədən ödənişləri 30-40 gün gözləməkdə saxlayıb, sonra isə geri qaytarıblar.

Xəbərə görə, bəzi hallarda çinli ixracatçılar bankların razılığı olmadığı üçün rusiyalı həmkarlarından 5-6 ay ərzində ödəniş ala bilmirlər.