Yazını böyüt
Yazını kiçilt
Plexanov İqtisadiyyat Universiteti Ruisyanı tərk edən şirkətlərin sanksiyalardan sonra əvvəllər ölkə iqtisadiyyatına nə qədər töhfə verdiyini hesablayıb.
Hafta.az-ın yazdığına görə, araşdırmada 1500 xarici şirkətin 2023-cü ilin sonuna qədər ölkə bazarını tərk etdiklərini açıqlayıb.
Bu şirkətlərdən 942-si fəaliyyətlərini dayandırıb, 553-ü fəaliyyətini məhdudlaşdırıb, 885-i isə yeni investisiyalar yatırmayacağını açıqlayıb.
Mütəxəssislərin fikrincə, bu müddət ərzində faktiki olaraq Rusiya bazarını tərk edən şirkətlərin sayı 666-dır.
Bildirilir ki, ölkə bazarını tərk edən şirkətlərin Rusiya ÜDM-ə töhfəsi 2023-cü ildə 3,4 faiz (3,7 trilyon rubl) təşkil edib.