Fiqurlu konkisürmə üzrə 2 qat olimpiya çempionu Yevgeni Plyuşenko Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında gənc konkisürənlərlə təcrübəsini bölüşüb.
Hafta.az xəbər verir ki, bu barədə məlumatı Yevgeni Plyuşenko öz “Instagram” səhifəsində paylaşıb.
“Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının dəvəti ilə Azərbaycanda təlim-məşq toplanışı keçirirəm. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında göstərilən isti qonaqpərvərliyə görə təşəkkür edirəm. Burada bizim şoularımız həmişə anşlaqla keçir” - 2 qat olimpiya çempionu qeyd edib.
Qeyd qeyd edək ki, Yevgeni Plyuşenko 2006 və 2014-cü il Qış Olimpiya Oyunlarının qalibi, 3 qat dünya və 7 qat Avropa çempionudur. Həmçinin, 4 dəfə Qran-pri yarışlarında qızıl medal qazanıb.