Rusiyalı oliqarxın 1 milyard dollarını əlindən aldılar

17:28 20.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kreml iş adamından Ukraynadakı müharibəni tənqid etməyi dayandırmağı xahiş etdikdən sonra Rusiya məhkəmələri Oleq Deripaskanın milyard dollarlıq aktivlərinə həbs qoyub. Bu barədə Financial Times mənbələri məlumat yayıb.

Nəşr diqqəti limanın yük sahəsində ümumi sahəsi 13,8 hektardan çox olan 30 torpaq sahəsini icarəyə götürən “Sirius” federal ərazisinin administrasiyası ilə Deripaskanın “RogSibAl” şirkəti arasında yaranmış hüquqi mübahisəyə yönəldib.

Mübahisə hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl yaranıb. Bununla belə, Financial Times mənbələri müqavilələrin ləğvi və aktivlərin ələ keçirilməsi qərarlarının Kremlin Deripaskadan müharibəni tənqid etməyi dayandırmasını xahiş etməsindən sonra qəbul edildiyini deyir.

İş adamının etdiyi tənqidlərə misal olaraq, Financial Times Deripaskanın mart tvitini göstərir. "Bizə sülh lazımdır, çünki biz artıq geri dönüşü olmayan nöqtəni keçmişik", - yazıda deyilir. Deripaskaya yaxın mənbənin sözlərinə görə, tvitdən sonra Kreml iş adamından “tənqidi yumşaltmağı” xahiş edib və sonradan bu tələbi ən azı bir dəfə təkrarlayıb. Qəzet xatırladır ki, iyunun sonunda rusiyalı bir iş adamı "Ukraynanı məhv etmək böyük səhv olardı" deyib.

Oleq Deripaska bir neçə dəfə Ukrayna müharibəsindən danışıb. Financial Times qeyd edir ki, o, heç vaxt Rusiya prezidenti Vladimir Putinin siyasətini birbaşa tənqid etməyib.