Rusiyanı öz silahlarımızla vururuq – Danilov

13:57 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov milli telemarafonun efirində təkrar edib ki, Kiyev Rusiyanın ərazisinə çoxsaylı zərbələr endirmək üçün yalnız öz istehsalı olan silahlardan istifadə edir.

Qərb müttəfiqləri Ukraynaya çox vaxt Rusiya ərazisində lazımi qaydada istifadə edilməmək şərti ilə silah verir. Moskva bu hücumlarda tez-tez Qərb ölkələrini günahlandırır.

“Deyə bilərəm ki, bizim Rusiya Federasiyasının ərazisində, öz istehsalımızdan vuracaq bir şeyimiz var. İşğal olunmuş ərazilərimizi azad edə bilməyimiz üçün biz tərəfdaş ölkələrə müraciət edirik ki, onlar bizə bu əraziləri azad etmək üçün silah verə bilsinlər”, - Danilov deyib.