“Qarabağdakı təmas xəttində Azərbaycan tərəfdən ordu birləşmələrinin toplanması barədə məlumatlar gəlir. Bəlkə də elə buna görədir ki, bir gün əvvəl Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarına Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hərbçiləri də dəstək vermişdi".
Hafta.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
“Mənbələrimizə görə, ruslar Qarabağda vəziyyəti nəzarətdə saxlamağa çalışırlar, Vardenisdə (Basarkeçər-S.L.) isə erməni tərəfi Rusiya sülhməramlılarının dəstəyinə arxalanmağa və itirilmiş mövqelərində qalan ölülərin cəsədlərini almağa çalışıb. Ruslar azərbaycanlılardan cəsədləri almaq üçün bir neçə dəfə cəhd etsə də, rədd cavabı alıb və hər hansı müdaxilədən əllərini üzüblər. Erməni tərəfi qarşısında isə özlərinə haqq qazandırıblar; deyirlər ki, münaqişə tərəfi ola bilməzlər”, - qəzet yazır.
Zəruri şərh:
Əlbəttə, doğrudanmı Rusiyanın 102-ci bazasından Qarabağdakı “sülhməramlı”lara dəstək gəldiyini, yoxsa bunun növbəti məqsədli erməni dezinformasiyası olduğuna yalnız müvafiq dövlət qurumları aydınlıq gətirə bilər. Erməni hərbçilərinin meyitlərinin qaytarılmasından imtina məsələsinə gəldikdə isə, sözsüz ki, bu yalandır. Çünki Azərbaycan tərəfin dünən – sentyabrın 14-dən heç bir şərt qoymadan 100-dək erməni cəsədini qaytarmağa hazır olduğunu bəyan edib…