Rusiyanın 14 şirkəti Qarabağda işləmək istəyir

14:14 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 14 şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib.

 

Hafta.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

 

Diplomat qeyd edib ki, bu sahələrə kənd təsərrüfatı, tikinti materialları istehsalı, dəmir yolu xəttinin, enerji obyektlərinin tikilməsi daxildir. Lakin şirkətlərdən neçəsinin müraciətinin qəbul olunacağı hələlik məlum deyil.

Oxunma sayı 24