Rusiyanın dondurulmuş aktivlərinin taleyi müəəyyənləşir

15:13 12.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirin istismarı üçün sxem hazırlayıb və sonra onu Ukraynaya göndərmək niyyətindədir. Bu barədə Bloomberg Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat yayıb.

Sənəd proqramda hansı vəsaitlərin istifadə olunacağını müəyyənləşdirmək niyyətindədir, bundan sonra Rusiya aktivləri ilə iş proseduru müəyyən ediləcək.

Xərclər çıxıldıqdan və milli vergilər ödənildikdən sonra əldə edilmiş mənfəət nizamnamə kapitalı və risklərin idarə edilməsi tələblərinə uyğun olaraq vahid şəkildə müəyyən ediləcək və uçota alınacaqdır. Bu, həmin vəsaitin sonrakı mərhələdə Ukraynanın xeyrinə Aİ büdcəsinə köçürülməsinə imkan verəcək.

Agentliyin fikrincə, bu vəsait Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə daxil olmalıdır. AK 2027-ci ilə qədər dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından gəlir şəklində təxminən 15 milyard avro toplayacağını gözləyir. Belə aktivlərin ən böyük həcmi 191 milyard avrodur; onlar Belçikada beynəlxalq Euroclear platformasında bloklanıb və bu, 2023-cü ilin yanvar-sentyabr aylarında onlardan artıq 3 milyard avro gəlir əldə edib.