“Forbes” jurnalının rus versiyası ölkənin ən varlı qadınlarını müəyyən edən araşdırmasının nəticələrini dərc edib. Siyahıda yer alan 20 qadının sərvəti 25,7 milyard dollar olub.
Hafta.az-ın yazdığına görə, siyahının başında, əvvəllər olduğu kimi, “Wildberries” onlayn satış platformasının sahibi Tatyana Bakalçukdur. Məşhur iş qadınının sərvəti 7 milyard dollar olaraq hesablanıb.
Rusiyanın digər ən varlı qadınlarının siyahısı aşağıdakı kimidir:
Tatyana Litvinenko (“PhosAgro”nun səhmdarı) - 2,8 milyard dollar,
Varvara Skok (oliqarx Əlişir Usmanovun ortağı Andrey Skokun qızı. “USM holding”in 15 faiz səhmdarı) - 2,5 milyard dollar,
Marina Mordaşova (oliqarx Aleksey Mordaşovun həyat yoldaşı, “Nordgold”un 52 faiz səhmdarı) - 1,85 milyard dollar,
Lidiya Mixaylova (“Çerkizova” qrupunun sahibi) - 1,55 milyard dollar,
Yelena Baturina (“Inteco Management”in sahibi, Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı) - 1,3 milyard dollar,
Viktoriya Mixelson (“Novatek”in yaradıcısı Leonid Mixelsonun qızı) - 1,2 milyard dollar,
Yevgeniya Quryeva (Andrey Quryevin həyat yoldaşı, “Fosagro” şirkətinin təsisçisi) - 875 milyon dollar,
Yekaterina Fedun (“Lukoyl”un yaradıcısı Leonid Fedunun qızı, “Lukoyl”un 1,2 faiz səhmdarı): 800 milyon dollar.