Rusiyanın ən yaxşı restoran, bar və aşpazları

10:10 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən yaxşı restoranlarını müəyyən etmək üçün təşkil edilən "Where to Eat - Russia" mükafatları öz qaliblərini tapıb.

Hafta.az-ın yazdığına görə, bu il baş qaliblər Moskvadan “Savva” və Sankt-Peterburqdan “Burjua Bohemians” olub.

İlk onluğa daxil olan digər restoranlar bunlardır: “Ava” (Moskva), “Birch” (Sankt-Peterburq), “Olluco” (Moskva), “Loona” (Moskva), “Frantsuza Bistrot” (Sankt-Peterburq), “Tunquska” (Krasnoyarsk), “Sage” (Moskva), “0,75 Please Wine and Kitchen” (Krasnoyarsk) və “Maya” (Moskva).

Moskvadakı “Le Ligeon”un aşpazı Georgi Troyan ilin ən yaxşı aşpazı mükafatına layiq görülüb.

Ən yaxşı bar mükafatı Kazandan “More”yə verilib.

Oxunma sayı 27