Rusiyanın ötən il ən çox viza verdiyi ölkələr

09:15 30.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Rusiyadan ən çox viza alan xarici ölkə vətəndaşları haqqında məlumat açıqlanıb.

Hafta.az-ın Rusiya agentliklərinin məlumatına istinadən yazdığına görə, ötən il Rusiyadan viza alan əcnəbilərin sayı 2022-ci illə müqayisədə 64 faiz artıb.

Ötən il Rusiya 845900 viza verib. 2022-ci ildə bu rəqəm 515300 olub.

Rusiyadan ən çox viza alanlar Çin və Türkmənistan vətəndaşlarıdır. Türkiyə vətəndaşları bu reytinqdə dördüncü yerdədir.

2023-cü ildə vətəndaşları Rusiyadan ən çox viza alacaq ölkələr aşağıdakı kimidir:

1. Çin 288243, 2. Türkmənistan 72776, 3. Almaniya 58888, 4. Türkiyə 58472, 5. Hindistan 41643, 6. İran 40566, 7. Latviya 20902, 8. Vyetnam 20302, 9. Misir 12370 və 10. Estoniya 11340 nəfər.

Siyasət rubrikasından digər xəbərlər