“Rusiyanın Qazaxıstana qoşun göndərməsi açıq hərbi müdaxilədir” – Abdullah Ağar

19:30 06.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstandan xaricə bağlantılı olan, məsələn, Ukrayna və Rysiya ilə əlaqəli şəxslər baş verənləri xaricdən müdaxilə adlandırırlar. Onlara görə, baş verənlər inqilabdır, hədəf hökuməti devirmək, ölkənin daxili və xarici siyasətini dəyişməkdir. Ardıyla da nə baş verdi: prezident Kasım-Jomard Tokayev hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – Rusiyaya müraciət etdi. Onlar da düşünmədən və sanki bu anı gözləyirmiş kimi ordularını tank-toplarıyla birlikdə Qazaxısta yeritdilər. Açıq desək, Rusiya bir-iki kiçik ölkəni yedəyinə laraq sülhməramlı sifətilə Qazaxıstana hərbi müdaxilə edib. Fikir verin, sülhməramlı qüvvələrin sayında bərabərlik yoxdur. Təxminən 5 min nəfərlik sülhməramlı ordunun 3 min nəfəri Rusiyaya, 1500 nəfəri isə Belarusun payına düşür. Məsələn, eyni statusda olan Ermənistandan cəmi 70, Özbəkistandan isə 150 əsgər gətirilib”.

Hafta.az-ın yazdığına görə, bu fikirləri Türkiyənin məşhur təhlükəsizlik mütəxəssisi Abdullah Ağar deyib. O qeyd edib ki, bütün baş verənlərin ən böyük təsiri Türk Dövlətləri Təşkilatının gələcəyinə ola bilər. "Rusiyanın bu cür həmlələrinin hansı nəticələri verdiyini bilirik. Bu mənada, Qazaxıstanımn, Türk dünyasının gələcəyi necə olacaq və geopolitik anlamda hansı proseslər baş verəcək, bunların hamısı son dərəcə önəmlidir" deyən ekspert bildirib ki, hazırda Qazaxıstanda yaşananların ssenarisinin nə olduğuna dair çoxlu mülahizələr səslənir. Məsələn, hadisələr Rusiyanın planına əsasən baş verdimi, yoxsa Qərb tərəfindən yazılıb ssenarilər, Bəlkə Qərbin etmək istədiyi təxribatdan Rusiya vaxtında yararlana bilib və sair kimi çoxlu suallar var və bunların cavabını hamıdan yaxşı məhz Kasım-Jomard Tokayev bilir.

“Fakt odur ki, Rusiya Qazaxıstana hərbi müdaxilə edib. Rus qoşunları bu ölkədən çıxacaqmı, yoxsa status alıb orda qalacaqmı, bu müddət ərzində Türkiyə və türk dünyası nə edəcək, inkişaf etməkdə olan Türk Dünyasının münasibəti necə olacaq, bunlar son dərəcə vacibdir. Amma görünən odur ki, hazırda Rusiya Ukraynaya qarşı sərhədlərində qalxan yaradır. Məsələn, Belarus, Qazaxıstan, Qarabağ – bunların hamısı həmin qalxanın tərkib hissələridir”, - deyib A.Ağar.

Ekspert sonda bildirib ki, Qazaxıstan məsələsi türk dünyası və Türk Dövlətləri Təşkilatı adına sınaq nöqtəsi olacaq. Daha konkret desək, Türk Dövlətləri Təşkilatının yaşaması bu məsələdə qəti və arzulanan milli nəticənin əldə olunmasından asılı olacaq.

Siyasət rubrikasından digər xəbərlər