Rusiyanın son bir il ərzində MÜFLİSLƏŞƏN 5 MİLYARDERİ

14:05 22.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Rusiyaya qarşı beynəlxalq sanksiyalar davam etdikcə, rus milyarderlərin sərvəti də sürətlə əriməkdədir.
Hafta.az-ın "Forbes"ə istinadən yazdığına görə, bu gün sərvəti ən çox tükənənlərin siyahısında Aleksey Mordaşov birincidir. Məlumata əsasən, 2021-ci ildə 29,1 milyard dollar sərvəti olan Mordaşovun varidatı nə az, nə çox, tam 15,9 milyard dollar geriləyərək 13,2 milyard dollar həcminə qədər azalıb.
Siyahıda ikinci olan "LUKoil"in sahibi Vahid Ələkbərovun ötən il 24,9 milyard dollar olan varidatı isə bu gün 10,5 milyard dollara geriləyib. Yəni 14,4 milyard dollar azalıb. 
Gözüyaşlı milyarderlərin üçüncüsü olan qızıl şirkəti "Polyus"un ən iri ortağı Süleyman Kərimov və ailəsinin sərvəti də buxarlanmaqda davam edir. Deyilənə görə, Kərimovların varidatı 15,8 milyard dollardan 4,4 milyarda enib. Yəni 11,4 milyard dollar ortalıqda buxarlanıb.
Bəla dördüncü varlı şəxs olan "Wildberries" şirkətinin sahibi Tatyana Bakalçukun da başından əskik deyil. Xanım sahibkarın ötən ilki 13 milyard dollar sərvəti 10,9 milyard dollar azalaraq 2,1 milyard dollara düşüb. 
"Forbes"ə görə, "Novatek" və "Sibur" şirkələrinin hissədarı Leonid Mixelsonun sərvəti də azalmaqdadır. Bu şəxsin varidatı bir ilin içində 10,9 milyard dollar azalaraq 24,9 milyard dollardan 14 milyard dollara enib.