Rusiyaya ən çox borcu olan ölkələrin adları açıqlanıb

09:50 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankı 2022-ci ildə digər ölkələrin Rusiyaya borcunun 9 faiz artaraq 28,9 milyard dollara çatacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, borcu ən çox artıran üç ölkə Banqladeş, Hindistan və Misir olub.

Qurumun açıqladığı məlumatlara görə, Rusiya əsaslı kreditorlara borcu olan ölkələrin sayı 37-dir. Ən çox borcu olan ölkələr və onların borc məbləğləri aşağıdakılardır:

Belarus 8,24 milyard dollar, Banqladeş 5,86 milyard dollar, Hindistan 3,75 milyard dollar, Misir 1,82 milyard dollar, Vyetnam 1,39 milyard dollar.

Siyahıda adları çəkilən beş ölkəni Əfqanıstan, Yəmən və Serbiya izləyir.

Dünya Bankının məlumatına görə, qardaş ölkə Türkiyənin Rusiyaya borcu 100 milyon dollar civarındadır.