Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX), ölkəyə turist vizası ilə gələn əcnəbilərin sayını 670700 olaraq açıqlayıb. Əvvəlki illə müqayisədə bu 3,5 dəfə artım deməkdir.
Hafta.az-ın yazdığına görə, Çin Rusiyaya ən çox turist göndərən ölkələrdəndir. 2023-cü ildə Rusiyaya turist vizası ilə gələn çinlilərin sayı 199800, artım nisbəti isə 23628 faizdir.
Almaniya 56 min turist və 120 faiz artımla ikinci, Türkiyə isə 110 faiz artımla 47500 turistlə üçüncü yerdədir.
2023-cü ildə ölkəyə gələn bütün əcnəbilərin sayı 15,4 milyon nəfər olub. Məlumatı yayan RBC qəzeti xarici axının 18,6 faiz artdığına diqqət çəkir. 2022-ci ildə Rusiyaya 13 milyona yaxın əcnəbi gəlib.
Ötən il Rusiyaya ən çox əcnəbi 3,16 milyon nəfərlə Qazaxıstandan gəlib. Bunu 3,11 milyon nəfərlə Özbəkistan, 2,15 milyon nəfərlə Tacikistan, 1,14 milyon nəfərlə Qırğızıstan və 790 min nəfərlə Çin izləyib.
RBC Çindən gələnlərin sayının əvvəlki illə müqayisədə 509 faiz artdığını yazıb.