Yazını böyüt
Yazını kiçilt
Rusiya işçi qüvvəsi çatışmazlığını doldurmaq üçün diqqətini Afrikaya yönəldib. Keniya Prezident Aparatının sözçüsü Hüseyn Məhəmməd ikitərəfli razılaşmalar çərçivəsində Rusiyaya 10 min işçi göndərəcəklərini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, ötən ilin yayında Rusiya hakimiyyəti Tver vilayətində 30 “Afrika kəndi” yaradacaqlarını açıqlamışdı.
Keniyadan gəlməsi planlaşdırılan işçilərin hansı sektorlarda işlə təmin olunacağı bildirilməyib.
Rusiyanın biznes ombudsmanı Boris Titov ölkədəki bizneslərin 54 faizinin kadr çatışmazlığından əziyyət çəkdiyini deyib.