Ruslar daxili turizmə yönəlirlər: İstiqamət Qafqazadır

11:05 25.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əksər beynəlxalq marşrutlardan məhrum olan rusiyalı turistlər daxili istiqamətlərə üz tutdular. Əvvəllər Moskva və Sankt-Peterburqla məhdudlaşan daxili turizm bazarında yeni ünvanlar nümayiş etdirilir.

Hafta.az-ın MTS Travel-ə istinadən yazdığına görə, 8 regionda turistlərin sayı 20 faizdən çox artıb. Ən çox artım 37 faizlə Dağıstanda olub. 2023-cü ildə Qafqaz respublikasına 1,75 milyon turist gəlib. Bölgədəki turistlərin ən çox Sulak Kanyonu, Gur kəndi və Dərbəndə maraq göstərdiyi öyrənilib.

Turistlərin sayının 20 faizdən çox artdığı digər regionlar Şimali Osetiya, Stavropol diyarı, Qaraçay-Çərkəz, Kalininqrad, Çeçenistan, Kalmıkiya və Murmanskdır.

Daxili turizmin aparıcı region və istiqamətləri aşağıdakı kimidir:

1. Dağıstan - Sulak Kanyonu, Gur kəndi, Dərbənd. 2. Şimali Osetiya – Darqavski, "Ölülər şəhəri", Alanya Milli Parkı, Karmadon termal hamamları. 3. Stavropol diyarı - Narzan bulaqları, Proval gölü. 4. Qaraçay-Çərkəz - Dombay xizək kurortu, Arqiz. 5. Kalininqrad vilayəti – Zelenogradsk, Svetloqorsk, Yantarnı. 6. Çeçenistan – Qroznı, Kazenoy-Am gölü. 7. Kalmıkiya – Elista. 8. Murmansk bölgəsi.