Rus qoşunları işğal etdikləri Mariupolda zədələnmiş binaları heç bir ciddi arama-yoxlama fəaliyyəti aparmadan sökməyə başlayıblar.
Hafta.az-ın yazdığına görə, məsələ ondadır ki, sözügedən binaların dağıntıları altında insan cəsədlərinin olması ehtimalı çox böyükdür. Hansı ki, ruslar binaları sökərkən meyitləri axtarmırlar.
Mariupol merinin müşaviri Pyotr Andryuşenko bu barədə öz şəxsi Telegram səhifəsində məlumat verərkən qeyd edib ki, sitat: Dağıntılar altında həlak olanların cəsədləri ilə bağlı məlumatlar dərc edildikdən sonra - iyunun 3-də işğalçılar dağıntıları çeşidləmədən birbaşa evləri sökməyə başlayıblar. "Yedinstva prospekti 56-60 (Единства 56-60) ünvanlarında yerləşən və dağıntılar altında cəsədlərin olduğu deyildiyi üçün ciddi mühafizə olunan binalar sökülüb. Ruslar dağılmış evlərdə ölüləri axtarmağa daha çox vaxt ayırmır, əksinə sübutları məhv edirlər.
Cənab Andryuşenko bildirib ki, ölənlərin cəsədləri ilə bağlı yen məlumat almaq mümkün deyil. "Çünki binalar sökülərək yük maşınları ilə Levoberejnı rayonu ərazisindəki boş sahələrə daşınır. Əgər dağıntıların altında cəsədlər vardısa, deməli daş-tərpaqla birlikdə zibilliyə atılır. Rusların qeyri-insani rəftarı, hətta ölülərlə qarşı davam edir", - merin müşaviri bildirib.