Ruslar pulunu yastıq altında saxlayır

11:20 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya vətəndaşlarının bank sistemindən kənarda saxladıqları nağd pul və xarici valyutanın həcmi 96,8 milyard dollar təşkil edir. Mövzu ilə bağlı Mərkəzi Bankın hesabatını dərc edən “Kommersant” qəzeti rusların əlindəki valyutanın təkcə 2023-cü ilin noyabr ayında 933 milyon dollar artdığını yazır.

Hafta.az-ın yazdığına görə, qəzet bu məbləğin xüsusi hərbi əməliyyat başlayandan sonra hər ay müşahidə edilən ən yüksək artıma uyğun gəldiyinə diqqət çəkib.

Rusiya Mərkəzi Bankı bildirir ki, vətəndaşların ölkə hüdudlarından kənarda banklarda saxladığı pulun məbləği dekabr ayı etibarilə 74 milyard dollara yüksəlib.