Ruslar Qara dənizdə Banqladeşin yük gəmisini vurdular

10:25 03.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın daxili sularında üzən daha bir xarici yük gəmisi Rusiyaınn hərbi gəmilərindən açılan atəşlə vurulub.

Hafta.az-ın yazdığına görə, raket zərbəsi nəticəsində Banqladeş bayrağı altında üzən kargo gəmisinin bir heyət üzvü həlak olub. Banqladeş Dənizcilik Şirkətinin (BSC) direktoru Kommodor Sumon Mahmud bildirib ki, həlak olmuş işçi Hadisur Rahman gəminin 3-cü mühəndisi olub. Mahmud onu da deyib ki, gəmi fevralın 22-də Ukrayna limanlarına daxil olub və içində ümumilikdə 29 heyət üzvü var. 

Ukrayna tərəfi gəmin digər heyət üzvlərini sahilə çıxarmaq üçün ora iki xilasedici qayıq göndərib.