Yazını böyüt
Yazını kiçilt
Rusiyanın “Yeni Xalq” Partiyasının deputatları Dumaya yerli hökumətlərə “biabırçı yer adlarının” dəyişdirilməsi prosesinə başlamaq imkanı verən qanun layihəsi təqdim edib. Hazırda bu hüquq yalnız regional parlamentlərə məxsusdur.
Hafta.az-ın yazdığına görə, bu parlamentlər çox vaxt yerli hökumətlərin bununla bağlı müraciətlərini “resurs çatışmazlığı” bəhanə edərək rədd edirlər. Parlamentlər yer adlarını dəyişdirmək istəsələr belə, federal səviyyədə ekspert rəyi almalıdırlar.
“Nezavisimaya qazeta”nın müvafiq xəbərlərində qeyd olunan “biabırçı” yer adlarından bəziləri belədir:
Popki, Musorka, Buxalova, Buxlovka, Loxa, Puxovo, Şalava...