Ruslar yenidən Kiyevə hücum edəcək - İDDİA

19:29 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “The Economist”ə müsahibəsində bildirib ki, ruslar 200 minə yaxın yeni əsgər hazırlayır. O, rusların yenidən Kiyevə hücum edəcəyinə şübhə etmir.

"Rus səfərbərliyi işə yaradı. Çar deyir ki, döyüşə get. Mən iki çeçen müharibəsinin tarixini öyrəndim. Bəlkə o qədər də təchiz olunmayıblar, amma yenə də bizim üçün problemdir.Bizim hesablamalarımıza görə, onların 1,2-1,5 milyon nəfər ehtiyatı var... Ruslar 200 minə yaxın yeni əsgər hazırlayır. Mən onların yenidən Kiyevə gedəcəklərinə şübhə etmirəm”.

Nəşr yazır ki, general Zalujnı Ukrayna prezidenti Vladimir Zelenski və Quru Qoşunlarının komandanı general Aleksandr Sırski ilə birlikdə qarşıda kritik bir neçə ay barədə xəbərdarlıq edib. Zalujnı əmindir ki, ruslar, İkinci Dünya Müharibəsi zamanı olduğu kimi, Uraldan kənarda da yeni ehtiyatlar hazırlayırlar.