Rusların ən çox şirkət qurduğu ölkələr

10:47 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Rusiya vətəndaşlarının ən çox şirkət açdığı ölkə Gürcüstan olub.

Hafta.az-ın “Forbes”ə istnadən yazdığına görə, ruslar bu ölkədə 13 min yeni şirkət açıblar. Gürcüstanda yaradılan fərdi sahibkarlar 1 faiz gəlir vergisi ödəyirlər. Məhdud şirkətlər 100 min lari, yəni 3,32 milyon rubl dövriyyəyə qədər vergi qeydiyyatından azad edilir.

Rusların 2023-cü ildə ən çox şirkət açdığı ikinci ölkə 6100 şirkətlə Qazaxıstandır. Bunu hər biri 3400 şirkətlə Monteneqro və Ermənistan izləyir.

Rusiya vətəndaşları 2023-cü ildə Serbiyada 3 minə yaxın yeni şirkət qurublar.

Rusların 2750 şirkət açdığı Türkiyə Serbiyadan sonra gəlir. 1 yanvar 2024-cü il tarixinə Rusiya vətəndaşlarının Türkiyədə qurduğu şirkətlərin ümumi sayı 23700-dən çoxdur.

Türkiyədən sonra 1000 şirkətlə Birləşmiş Ərəb Əmirlikləri və 745 şirkətlə Özbəkistan gəlir.