Yazını böyüt
Yazını kiçilt
Rusiyada adambaşına düşən bank əmanətləri 350 min rubl olaraq hesablanıb.
Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, Moskvada bu orta hesabla 1,4 milyon rubl (15400 dollar) təşkil edir.
Araşdırma və silsilə sorğular barədə məlumat verən “Nezavisimaya qazeta” insanların yarıdan çoxunun əmanətlərinin olmadığına diqqət çəkir.
Ali İqtisadiyyat Məktəbindən Olqa Kuzina və Darya Moiseyevanın araşdırmasına görə, payızda rusların 56 faizində “maliyyə sabitliyi olmayıb”.
Hökumətə bağlı VTsİOM-un araşdırması da əmanəti olmayan rusların nisbətini yüzdə 56 olaraq göstərir.
RİA-nın məlumatlarına görə, ölkədə ən az əmanət yığılan region orta hesabla 22100 rublla (243 dollar) ilə İnquşetiyadır.