Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstanın siyasi həyatını tərk edir. Bu barədə onun anası Giuli Alasania Facebook-da məlumat verib.
"Mixail Saakaşvili heç bir şəkildə Gürcüstan siyasətində iştirak etmək niyyətində deyil və ədalətli qərara ümid edir", - o yazıb.
Alasaniya həmçinin qeyd edib ki, altı il həbs cəzası çəkən Saakaşvili mümkün zəhərlənmədə "Gürcüstan hakimiyyətini günahlandırmır". Gürcüstanın eks-prezidentinin anası hesab edir ki, bunun arxasında başqa ölkə dayana bilər.