Yazını böyüt
Yazını kiçilt
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a bildiriblər ki, keçirilən tədbirlər nəticəsində rayonun Soltanabad kənd sakini Atamoğlan Ağayevin fərdi evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.