Sabah IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılacaq

10:50 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-i saat 18:00-da IX sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib.