Sabah Bakıda küləyin sürəti 28 m/s-ə çatacaq

14:20 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

 

Xidmətdən hafta.az-a verilən xəbərə görə, mayın 16-sı gündüzdən 17-si səhərədək qısa müddətə şimal-qərb küləyinin sürəti 15-20 m/s, 16-sı axşam yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.