Sabah bu ərazilərdə qaz KƏSİLƏCƏK

21:48 26.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah paytaxtın bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat verib.

Bildirilib ki, 27.11.2025-ci il saat 10:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Səbail, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.