“Sabah” Fransa klubuna məğlub oldu

22:49 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsinin B qrupunda növbəti matçına çıxıb.

Hafta.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib.

Milli Gimnastika Arenasında keçirilən oyun gərgin keçib. Qonaqlar son dəqiqələrdə hesabda irəli çıxaraq yekunda çətin qələbə qazanıblar - 89:87.