“Sabah” ilk dəfə Azərbaycan çempionu OLDU

22:01 30.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.

Hafta.az xəbər verir ki, “Palms Sports Arena”da təşkil olunan görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla Ağdam təmsilçisi 59 xalla ikinci, “ağ-qaralar” isə 47 xalla dördüncü pilləyə yüksəlib.

“Qarabağ”ın məğlub olması “Sabah”ın işinə yarayıb. Belə ki, Premyer Liqanın bitməsinə 4 tur qalmış “Sabah”la “Qarabağ” arasında xal fərqi 13 olaraq qalıb. Bu isə o deməkdir ki, son 4 turun nəticəsindən asılı olmayaraq “Sabah” tarixində ilk dəfə olaraq futbol üzrə Azərbaycan  çempionu adını qazanıb.