“Sabah” Mikelslə yeni müqavilə imzalayıb

19:28 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, onunla bağlanmış yeni müqavilənin müddəti 2 ildir.

Mikels “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə də ölkə kubokunu qazanıb. Premyer Liqanın 2025/2026-cı illər mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuran Mikels çempionatın bombardiri olub.