Sabahın havası meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

19:22 15.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabahla bağlı tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, yanvarın 16-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, tutqun və rütubətli hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.