Sabirabadda 3 otaqlı ev yanıb

23:16 24.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabadda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istonadən bildirir ki, Sabirabad rayonunun Qaralı kəndində ümumi sahəsi 125 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.