Yazını böyüt
Yazını kiçilt
Sabirabadda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sabirabad rayonunun Qardaşkənd kəndində ümumi sahəsi 300 m² olan ərzaq və geyim mağazasının yanar konstruksiyaları yanıb.
Bitişik anbar və digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.