Sabirabadda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

13:36 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.