Sabirabadda kafe yanıb

09:00 08.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Sabirabad şəhərində ümumi sahəsi 130 m² olan 3 otaqlı kafenin bir otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.