Sabirabadda qadın odlu silahla qətlə yetirilib

12:10 14.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, hadisəni törətməkdə şübhəli bilinən qardaşı saxlanılıb.

Hafta.az-ın Report-a istinadən yazdığına görə, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.