Şabranda 8 otaqlı evdə yanğın olub

16:21 23.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şabran rayonunun Uzunboyad kəndində ümumi sahəsi 160 m² olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 81