Şabranda ağır yol qəzası - Ölən var

15:15 05.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba Rusiya sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan iki sərnişin yaralanıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.