Sabunçuda mənzildə meyit TAPILDI

18:01 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.