Şadlıq evində yanğın olub

23:11 03.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1800 m² olan üçmərtəbəli şadlıq evinin fasadına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb. Şadlıq evi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.