Şadlıq sarayında bədbəxt hadisə: Usta təmir zamanı yıxalaraq öldü

13:16 30.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Hafta.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölüb.

 

Faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.