Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

10:10 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

 

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən bildirilib.

 

Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.