Spiker Pezeşkiana başsağlığı verdi

19:56 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.
 
Hafta.az xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarova İran prezidenti Məsud Pezeşkian, parlamentin spikeri Məhəmməd Bagir Qalibafa və digər İran rəsmilərinə başsağlığı verib.
 
Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.
 
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb.